"Neftçi" ilə anlaşa bilmədi, "Antalyaspor"un təklifini qəbul etdi

1 Yanvar 2024 01:10 Türkiyə 949
"Neftçi" ilə anlaşa bilmədi, "Antalyaspor"un təklifini qəbul etdi

"Beşiktaş"ın sabiq baş məşqçisi Sergen Yalçın özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, o, Nuri Şahinlə vidalaşan "Antalyaspor"la anlaşıb.

Yayda "Neftçi"nin danışıq apardığı türkiyəli mütəxəssis mövsüm sonuna qədər Super Liqa klubunu çalışdıracaq.

O, yeni komandasında ilk məşqə yanvarın 2-də çıxacaq.

Sərgən Yalçın son olaraq 2020-21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub. Həmin vaxt Bakıya gəlib,

klub rəhbərliyi ilə görüşüb, müqavilə şərtlərini müzakirə edib. Tərəflər kontrakt müddəti və hədəflər mövzusunda anlaşsa da, maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyib.

51 yaşlı məşqçi " Qaziantepspor", "Sivasspor", "Kayserispor", "Eskişehirspor", "Konyaspor", "Alanyaspor", "Yeni Malatyaspor" və "Beşiktaş"da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"