COP29

Hakimi vuran klub prezidenti həbsdən çıxdı, qəhrəman kimi qarşılandı - VİDEO

31 Dekabr 2023 13:10 Türkiyə 391
Hakimi vuran klub prezidenti həbsdən çıxdı, qəhrəman kimi qarşılandı - VİDEO

“Ankaragücü” azarkeşləri hakim Halil Umut Meleri yumruqla vuran klubun keçmiş prezidenti Faruk Kocanı atəşfəşanlıqla qarşılayıb.

Sportinfo.az xəbər verir ki, azadlığa buraxılan klub rəhbərinin bu cür qarşılanması birmənalı qarşılanmayıb.

Daha əvvəl Türkiyə Superliqasında mübarizə aparan “Ankaragücü”nün prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub.

Daha sonra F.Koca həbs olunmuşdu. Həmçinin o, dekabrın 15-də Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

“Ankaragücü” isə 2 milyon türk lirəsi məbləğində cərimələnib. Bundan başqa, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçirməsinə qərar verilib.

2 gün əvvəl Növbətçi Ankara Qərb Ağır Cəza Məhkəməsi F.Kocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq