COP29

Hakimi döyən klub prezidenti azadlığa buraxıldı, 2 nəfər həbsdə qaldı

29 Dekabr 2023 01:40 Türkiyə 255
Hakimi döyən klub prezidenti azadlığa buraxıldı, 2 nəfər həbsdə qaldı

Türkiyə Superliqasında hakim Halil Umut Meleri yumruqla vuran “Ankaragücü”nün sabiq prezidenti Faruk Koca azadlığa buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, Ankara Qərb Ağır Cəza Məhkəməsi F.Kocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.

Lakin bu proses üzrə həbs edilən Yunus Şahin və Kenan Çetinkaya hələ də həbsdədirlər. Onlar barəsində istintaq davam etdirilir.

Bir müddət əvvəl Türkiyə Superliqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra birincilərin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Buna görə F.Koca həbs olunub. Həmçinin o, dekabrın 15-də Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

"Ankaragücü" isə 2 milyon türk lirəsi məbləğində cərimələnib. Həmçinin, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçirməsinə qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq