COP29

"Qalatasaray"dan "transfer bombası": 35 milyonluq ulduz gəlir!

27 Dekabr 2023 00:10 Türkiyə 409
"Qalatasaray"dan "transfer bombası": 35 milyonluq ulduz gəlir!

"Qalatasaray" yanvar ayında "səs-küylü" transferə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, "Cim-Bom" İngiltərə Premyer Liqası klubu "Tottenhem"dən Rodriqo Bentankuru heyətinə qatmaq istəyir.

"Sarı-qırmızılar" uruqvaylı yarımmüdafiəçini transfer etmək, Rodriqo ilə Torreyradan ibarət yaxşı bir yarımmüdafiə xətti qurmağı planlaşdırır.

"Tottenhem" 26 yaşlı futbolçunun getməsinə razıdır, Bentankur da Türkiyəyə transfer olunmaqda həvəslidir.

"Qalatasaray" oyunçunu birbaşa satın alma şərti ilə icarəyə götürmək istəyir.

Rodriqo Bentankurun hazırda transfer dəyəri 35 milyon avro civarındadır, London təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq