Şahruddin tezliklə “Adana Demirpsor”dan ayrılacaq?

24 Dekabr 2023 18:35 Türkiyə 5 719
Şahruddin tezliklə “Adana Demirpsor”dan ayrılacaq?

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor”un müdafiəçisi Endryu Qravillo klubdan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb.

25 yaşlı futbolçunun bir neçə aydır maaşını ala bilmədiyi üçün vəkili vasitəsi ilə Superliqa təmsilçisi ilə müqaviləsini təktərəfli ləğv etdiyi iddia olunub.

Qravillo artıq klub axtarışına da başlayıb. Onun Rusiya “Spartak”ı ilə danışıqlar apardığı və bu komandaya transfer olunacağı bildirilir.

Xəbərdə o da qeyd edilib ki, maddi problemlər səbəbindən bir çox futbolçu "Adana Demirspor”dan ayrılacaq. Klub futbolçularının maaşını ödəməkdə çətinlik çəkir.

Şahruddin Məhəmmədəliyev bu ilin sentyabr ayında “Qarabağ”dan “Adana Demirspor”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"