
Fabio Kannavaro "Adana Demirspor"u çalışdıra bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Bildirilib ki, Türkiyə Superliqası təmsilçisi italiyalı mütəxəssislə danışıqlara başlayıb .
"Adana Demirspor" dekabrın 4-də baş məşqçi Patrik Klyuverti istefaya göndərib.
"Adana Demirspor"da Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev oynayır.