COP29

Türkiyə möhtəşəm oyunla Almaniyanı məğlub etdi - VİDEO

19 Noyabr 2023 10:15 Türkiyə 758
Türkiyə möhtəşəm oyunla Almaniyanı məğlub etdi - VİDEO

AVRO-2024-ün final mərhələsində vəsiqəni vaxtından əvvəl təmin edən Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, səfərdə Almaniya millisinin qonağı olan “ay ulduzlular” 2:3 hesabı ilə qalib gəliblər.

Matçda hesabı beşinci dəqiqədə Kay Havertz açıb. Ferdi Kadioğlu 38-ci dəqiqədə hesaba tarazlıq gətirib. Kəna Yıldız, 45+2-ci dəqiqədə Türkiyəni önə çıxarıb.

Nikla Fullkriq 49-cu dəqiqədə hesabı 2:2 edib. Yusuf Sarı isə 70-ci dəqiqədə penaltidən komandasının qələbə topunu vurub.

Almaniya - Türkiyə - 2:3

Qollar: Havertz, 5, (1:0), Kadioğlu, 38 (1:1), Yıldız, 45+2 (1:2), Fullkriq, 49 (2:2), Sari, 70-pen. (2:3)

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"