"Baş məşqçi Mahirin qalmağını istəsə, sürpriz olmayacaq"

2 İyun 2023 00:30 Türkiyə 1 243
"Baş məşqçi Mahirin qalmağını istəsə, sürpriz olmayacaq"

"Baş məşqçi Aleksandar Stanoyeviç Mahirin komandada qalmasını istəsə, bizim üçün sürpriz olmayacaq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Konyaspor"un icraçı direktoru Mustafa Göksu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin gələcəyi barədə danışarkən deyib.

O bildirib ki, 26 yaşlı hücumçunun taleyinə məşqçilər heyətinin rəhbərliyə təqdim edəcəyi hesabatdan sonra aydınlıq gələcək:

"Hələlik yekun qərar qəbul edilməyib. Mahirin adı klubun transfer siyahısında idi.

Stanoyeviç bəzi xətlərin gücləndirilməli olduğunu düşünür. Amma yeni mövsüm üçün hələlik öz hesabatını təqdim etməyib".

Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. Onun "Konyaspor"la icarə sözləşməsi cari mövsümün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i