"Qalatasaray" İkardini nə vaxt İstanbula gətirəcək?

23 Avqust 2022 18:20 Türkiyə 674
"Qalatasaray" İkardini nə vaxt İstanbula gətirəcək?

"Qalatasaray" PSJ-nin hücumçusu Mauro İkardidən vaz keçmək istəmir.

Sportinfo.az xəbər verir ki, İstanbul klubunun rəsmiləri argentinalı forvardı icarəyə götürmək üçün futbolçunun agenti və xanımı Vanda Nara ilə Parisdə görüşüb.

PSJ-də stabil oynamaq imkanı az olan forvard özü də komandasını dəyişmək istəyir.

Əgər danışıqlar müsbət yekunlaşsa, İkardi mövsümün sonuna qədər "Qalatasaray"da icarə əsasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti