“Real”ın hücumçusuna ikinci təklifi göndərdi - “Fənərbaxça”

29 İyun 2022 12:20 Türkiyə 567
“Real”ın hücumçusuna ikinci təklifi göndərdi - “Fənərbaxça”

“Real”ın hücumçusu Mariano Dias Türkiyənin “Fənərbaxça” klubunun hədəfindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “Fənər” artıq İspaniya klubunun hücumçusuna ikinci transfer təklifi edib.

“Fənərbaxça”nın ilk təklifində Diasın Türkiyə klubunda iki mövsümdə üst-üstə 8 milyon avro qazanacağı variantı olub. İstanbul klubunun ikinci təklifində Diasa mövsüm başına 5 milyon avroya bərabər bonus da vəd edilir.

Xəbərdə bildirilir ki, indi Mariano Dias özü Türkiyə klubuna keçidlə bağlı qərar verməlidir.

Onun Madrid klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Ötən mövsüm Dias “Real”ın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!