"Fənərbaxça"nın yeni baş məşqçisi köhnə Kartal oldu

12 Yanvar 2022 18:20 Türkiyə 871
"Fənərbaxça"nın yeni baş məşqçisi köhnə Kartal oldu

"Fənərbaxça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına İsmail Kartal gətirilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Vitor Pereyranı əvəz edib.

İmsail Kartal 2014/2015 mövsümündə "Fənərbaxça"nı çalışdırıb.

Təcrübəli mütəxəssis "sarı-lacivərtlilər"in baş məşqçisi kimi 46 oyunda komandanı meydana çıxarıb.

"Fənərbaxça" bu matçlarda 30 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlik performans göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO