Növbəti baş məşqçi ayrılığı - Türkiyə Super Liqasında

6 Oktyabr 2021 00:28 Türkiyə 860
Növbəti baş məşqçi ayrılığı - Türkiyə Super Liqasında

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı reallaşıb.

Sportinfo.az xəbər verir ki, "Antalyaspor" klubu Ərsun Yanalla yollarını ayırıb.

Buna səbəb komandanın uğursuz nəticələridi. 8-ci turda doğma meydanda "Adana Dəmirspor"a 1:2 hesablı məğlubiyyətdən sonra Antanya təmsilçisinin rəhbərliyi 59 yaşlı mütəxəssisin vəzifəsinə son verib.

Ərsun Yanal 2020-ci ildən Super Liqa təmsilçisinin baş məşqçisi idi.

"Antalyaspor" 8 turdan sonra 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi