Bu gün Peşəkar Futbol Liqasına (PFL) prezident seçkiləri keçiriləcək.
Bununla bağlı artıq Azərbaycan klublarına məlumat verilib.
Yığıncağın gündəliyində Peşəkar Futbol Liqasının İctimai Birliyinin hesabatının dinlənilməsi, icra orqanının seçilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Tədbirdə Premyer Liqa, Birinci Liqa və İkinci Liqa klublarının nümayəndələri iştirak edəcək. Görüş zamanı iştirakçıların təklif və fikirləri də nəzərdən keçiriləcək.
2022-ci ilin yayından PFL prezidenti olan Elxan Səmədov vəzifəsində qalacaq. Bu, redaksiyamızın əldə etdiyi məlumatdır.
Aldığımız informasiyaya görə, o, yuxarı instansiyalar vasitəsilə dəstək ala bilib. Son anda qeyri-adi hadisə baş verməsə, Səmədov daha 4 il müddətinə eyni işi görəcək.
SPORTİNFO.AZ
