Türkiyə klubu norveçli hücumçunu heyətinə qatdı

4 Avqust 2021 15:40 Türkiyə 616
Türkiyə klubu norveçli hücumçunu heyətinə qatdı

“Qaziantep” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi norveçli hücumçu Torqeyr Borveni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Borven ötən ilin yayından Türkiyənin “Ankaragücü” klubunda çıxış edirdi. Lakin sözügedən klub mövsümün sonunda elita ilə vidalaşdığı üçün Torqeyr də azad agent kimi komandadan ayrılmışdı.

Norveçli futbolçu futbola ölkəsinin “Odd” klubunda başlayıb. O, sonralar “Valerenqa”, “Tvente”, “Brann” və “Rusenborq” komandalarının da formasını geyinib.

Təcrübəli hücumçu ötən mövsüm “Ankaragücü”nün heyətində meydana çıxdığı 29 oyunda 10 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?