Türkiyə millisinin Bakıdakı son matçının hakimləri

18 İyun 2021 17:30 Türkiyə 1 445
Türkiyə millisinin Bakıdakı son matçının hakimləri

İsveçrə və Türkiyə yığmaları arasında futbol üzrə Avropa Çempionatının A qrupunun III tur matçının hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Ona Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakimi isə Bastian Dankert (Almaniya) olacaq.

İyunun 20-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş