Millinin yoxlama oyunu ləğv olundu

15 May 2021 22:00 Türkiyə 1 271
Millinin yoxlama oyunu ləğv olundu

Türkiyə millisinin Şimali İrlandiya yığması ilə yoldaşlıq oyunu ləğv olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Şenol Günəş məlumat verib.

O bildirib ki, koronavirusun Türkiyədə geniş yayılması səbəbindən Şimali İrlandiya qardaş ölkəyə getmək istəməyib.

Sözügedən görüş mayın 31-də keçirilməli idi.

Türkiyə millisi mayın 27-də Alanyadakı "Oba" stadionunda Azərbaycanla yoxlama oyununa çıxacaq. Daha sonra "ay-ulduzlular"ın ikinci yoxlama matçındakı rəqibi bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti