“Fənərbaxça”da zədə alan Mesut Özilin durumuna aydınlıq gəldi

7 Mart 2021 01:52 Türkiyə 1 538
“Fənərbaxça”da zədə alan Mesut Özilin durumuna aydınlıq gəldi

“Fənərbaxça”nın yarımmüdafiəçisi Mesut Özilin zədələndiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, “Antalyaspor”la oyunda (1:1) sıradan çıxan futbolçunun vəziyyətinə aydınlıq gəlib.

Ətraflı müayinədən keçirilən 32 yaşlı futbolçunun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Mesut Özilin zədə səbəbindən “Fənərbaxça”nın qarşıdakı beş oyununda forma geyinməyəcəyi dəqiqləşib. Belə ki, təcrübəli oyunçu “Konyaspor”, “Beşiktaş” və “Malatyaspor”la səfər, “Gənclərbirliyi” və “Dənizlispor”la ev oyunlarını buraxacaq.

Bu qış London “Arsenal”ından “Fənərbaxça”ya gələn Mesut, İstanbul klubunda indiyə qədər 6 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı