“İnanın, bizim komandada heç kim əsas heyət davası etmir“

14 Aprel 2024 18:35 Turan 804
“İnanın, bizim komandada heç kim əsas heyət davası etmir“

“İnanın, elə kollektivə sahibik ki, heç kim əsas heyət davası etmir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un kapitanı Şəhriyar Əliyev deyib.

Müdafiəçi son turlara kimi ilk “11-lik”də yer almamasının xüsusi səbəbinin olmadığını bildirib:

“Bu, baş məşqçinin qərarıdır və ona hörmətlə yanaşıram. Tək mən yox, hamımız.

Ehtiyat oyunçular skamyasında elə atmosfer yaşanır ki, sanki buradakılar da əsas heyətdəkilərlə birlikdə oynayır.

Texniki zona 90 dəqiqə “qaynayır”. “Turan Tovuz” ailədir, burada “sən, mən” söhbəti yoxdur.

Bu gün oturmuşamsa, sabah oynayacam və ya əksinə. Komandamızın üstünlüyü də budur“.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi