Yeni baş sponsoru Premyer Liqa klubuna nə qədər büdcə ayırmağa razılaşdı?

6 Fevral 2023 09:40 Turan 1 667
Yeni baş sponsoru Premyer Liqa klubuna nə qədər büdcə ayırmağa razılaşdı?

Fevralın 11-də “Turan Tovuz”la “Huner Group” arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Tədbirin bu tarixə salınması təsadüfi deyil.

Tovuz klubu həmin gün Premyer Liqanın 22-ci turu çərçivəsində qərb derbisinə çıxacaq. Ayxan Abbasovun çalışdırdığı komanda həmin gün doğma məkanda «Kəpəz»lə üz-üzə gələcək.

“Huner Group”un “Turan Tovuz”u himayəsinə götürməsi təsadüfi sayılmamalıdır.

Əsasən tikinti sektorunda fəaliyyət göstərən şirkətin təsisçisi və direktoru Ehtiram Quliyev əslən bu rayondandır. O, müəyyən şərtlər daxilində klubun baş sponsoru olmağa razılaşıb.

Yeni tərəfdaş əməkdaşlığın ilk ilində “Turan Tovuz”a 1-1,5 milyon manat vəsait ayıracaq.

Növbəti mövsümlərdə isə şirkətin qərb təmsilçisinə ayırdığı məbləğ bir qədər artırılacaq. Hər halda tərəflər bütün şərtlərlə bağlı ortaq məxrəcə gəliblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"