"Bəlkə də son dəfə..."

17 Yanvar 2020 22:00 Tokio-2020 930
"Bəlkə də son dəfə..."

"Olimpiadaya hazırlığı may ayına qədər Antalyada keçəcəyəm. Bu turnirlə bağlı hədəfim böyükdür".

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə yığmasının şərəfini qoruyan dünya və Avropa çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir.

30 yaşlı idmançı hədəfinin medalçılar sırasına düşmək olduğunu söyləyib: "Olimpiada ölkələr və idmançılar üçün böyük reklamdır.

Rəqiblərim həmişəki kimi, çox güclüdürlər. Ancaq olimpiadada medal qazanmaq üçün hər şeyimi ortaya qoymalıyam. Dünyada olimpiada finalı kimi ikinci bir yarış yoxdur.

Dörd ildən bir keçirildiyindən, idmançı karyerası ərzində 1 və ya 2 dəfə qatıla bilir. Bəlkə də, sonuncu dəfə Yay Olimpiya Oyunlarına qatılacağam. Həm olimpiadada, həm də ondan sonrakı Avropa çempionatında medal qazanmaq istəyirəm".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"