Parisdə qazandığı Olimpiya medalı 4 aya bərbad vəziyyətə düşdü

30 Dekabr 2024 01:30 Paris-2024 3 190
Parisdə qazandığı Olimpiya medalı 4 aya bərbad vəziyyətə düşdü

Estafet yarışlarında 2024-cü il Olimpiadasının bürünc mükafatçısı, fransalı üzgüçü Yoan Ndoye-Brouard sosial şəbəkədəki səhifəsində qazandığı medalı nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, dörd ay ərzində mükafat bərbad vəziyyətə düşüb və rəngini itirib.

Ndoye-Brouard buna münasibət bildirərkən şəklin altında “Paris 1924” yazıb.

Təşkilatçılar buna dərhal reaksiya verərək, idmançıya yeni medal göndərəcəklərini bildiriblər.

“Medallar Olimpiadanın ən çox arzulanan və idmançılar üçün ən qiymətli əşyalarıdır.

Keyfiyyətsiz hala düşmüş medallar sistematik olaraq yeniləri ilə əvəz olunacaq”, – deyə 2024-cü il Olimpiadasının təşkilatçılar “L’Equipe”-ə açıqlama verərkən qeyd ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 08:50 Liqa klubunda ayrılıq