Tərlan Əhmədovla Elmar Baxşıyevin ORTAQ DƏRDİ – Bu 11 nəfər...

22 Oktyabr 2022 15:00 Problem 1 034
Tərlan Əhmədovla Elmar Baxşıyevin ORTAQ DƏRDİ – Bu 11 nəfər...

“Qəbələ” – “Kəpəz” qarşılaşmasına hər iki komanda ciddi itkilərlə çıxacaq.

“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev yenə problemlə baş-başadır.

42 yaşlı mütəxəssis Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutacaq “Qəbələ” – “Kəpəz” görüşü zamanı 5 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Bunlar xeyli vaxtdır zədədən əziyyət çəkən Ürfan Abbasov, Rüfət Əhmədov və Yaovi Akakpodur.

Daha 2 futbolçu isə “Kəpəz”lə oyunda cəzalı vəziyyətdədir. 9-cu turda “Qarabağ”la baş tutan görüşdə qırmızı vərəqə ilə cəzalanan İlkin Qırtımov bu dəfəki matçı da kənardan izləyəcək. Feras Abu Akel isə “Şamaxı” ilə ötən həftəki görüşdə cari mövsümdə 4-cü “sarı”nı alaraq cəzalı duruma düşüb.

Bu qədər itkinin fonunda “Qəbələ”nin çempionatın debütantı ilə qarşılaşmada nə ilə yadda qalacağı maraq doğurur.

İş burasındadır ki, “Kəpəz” də önəmli oyunçuların yoxluğundan əziyyət çəkir. Peyman Keşevarzi ilə Samir Məhərrəmli, eləcə də Əfran İsmayılov zədəsini sağaltmaqla məşğuldur.

“Neftçi”ylə 10-cu turdakı matçda qırmızı vərəqə alan Zamiq Əliyev də Qəbələdəki oyunu kənardan izləmək məcburiyyətində qalacaq.

Əvəzedici heyətə göndərilən Rauf Əliyevlə Əli Səmədov da bu oyunda iştirak edə bilməyəcək.

Oktyabrın 22-də Qəbələdə yerli komanda ilə “Kəpəz” arasında baş tutacaq duel saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti