Ayxan Abbasov “Sumqayıt” üçün daha nə etsin?

26 Oktyabr 2020 16:42 Sumqayıt 540
Ayxan Abbasov “Sumqayıt” üçün daha nə etsin?

“Sumqayıt” Premyer Liqada 25-ci səfər qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, VII turun “Sabah”la qarşılaşmasına təsadüf edib.

Ayxan Abbasovun başçılıq etdiyi komanda “Bank Respublika Arena”da 2:1 hesabı ilə qalib gəlib.

Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında 139-cu matçında 25-ci qələbəyə sevinib. Komandanın hesabında 38 heç-heçə və 76 məğlubiyyət də var.

“Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 25 və ya daha çox qələbəsi olan 17-ci komanda olub.

Digər Xəbərlər
Xəbər Lenti