"Sumqayıt" gözünü Operativ Qərargaha dikib

5 Avqust 2020 12:44 Sumqayıt 1 853
"Sumqayıt" gözünü Operativ Qərargaha dikib

Qəbələdə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün doğma şəhərinə qayıdacaq.

"Kimyaçılar" toplanış çərçivəsində son görüşünü "Qəbələ"yə qarşı keçirəcək.

18:00- da başlayacaq matçın ardından komanda yola düşəcək. Baş məşqçi Ayxan Abbasov Sportinfo.az-a bildirib ki, növbəti 2 gündə futbolçulara istirahət verəcək:

"Ayın 8-dən hazırlığın növbəti mərhələsinə başlayacağıq. İndi Operativ Qərargahn qərarını gözləyirik. Bilirsiz ki, AFFA klubların Bakı və Sumqayıtda məşq və oyun keçirməsinə icazə almaq üçün Qərargaha müraciət edib.

Razılıq gəlsə, Sumqayıtda qalıb, məşqlərimizi davam etdirəcəyik. Razılıq olmasa, dediyim tarixdə yenidən Qəbələyə qayıdacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI