UEFA “Sumqayıt”ı təftiş etdi, tapşırıq verdi

1 Avqust 2020 10:24 Sumqayıt 1 267
UEFA “Sumqayıt”ı təftiş etdi, tapşırıq verdi

UEFA “Sumqayıt”ın Avropa Liqasının birinci təsnifat mərhələsi üçün sifariş etdiyi “Kapital Bank Arena”nı incələməyə alıb.

Sportinfo.az xəbər verir ki,, hər yay olduğu kimi, bu il də avrokuboklar ərəfəsində qitənin ali futbol qurumu klubların beynəlxalq oyunlar üçün sifariş etdiyi stadionlarda yoxlama aparııb.

Əvvəlki illərdən fərqli, bu dəfə təftiş onlayn keçirilib. Arenanın, qazonunun durumu ilə bağlı UEFA-ya fotolar təqdim olunub. Vizual olsa da, ali qurumun rəsmiləri bütün incəlikləri gözdən keçiriblər və xırda çatışmazlıqlar ortaya çıxıb.

Onunla bağlı tövsiyələr verilib. Qitə futbol qurumu “Sumqayıt”a həmin çatışmazlıqları yaxın günlərdə aradan qaldırmağ tapşırıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda