Elxan Məmmədov məsləhət gördü, Döz, döz, bir azca da döz…

4 İyul 2020 20:40 Sumqayıt 1 687
Elxan Məmmədov məsləhət gördü, Döz, döz, bir azca da döz…

Məlum olduğu kimi, “Azərikimya” rəhbərliyinin “Sumqayıt“a laqeydliyi, klub rəsmilərinin çarəsiz qalması yerli azarkeşləri özündən çıxarıb.

Artıq fanatlar öz aralarında Avroliqada debüt edəcək komandaya yardımçı olmaq, şəhər təmsilçisinin beynəlxalq arenada normal çıxış etməsi üçün kluba yardım kampaniyasına başlamağa qərar veriblər.

Yaxın günlərdə bu məqsədlə bank hesabı açılacaq. Kampaniyaya“Sumqayıt”a 1 manat ver, şəhərin adını Avropada tanıtdır” adını qoyublar.

Vəziyyət, doğrudan da, kritikdir. Təəssüf ki, Riad Rəfiyevin əli artıq çox yerdən üzülüb. “Sumqayıt”ı avrokuboklarda görən ilk klub prezidenti kimi tarixə düşən Rəfiyevə “Azərikimya“ meydanda tək buraxıb.

Büdcəni artırmırlar, hələ üstəlik, xəbərdarlıq edirlər ki, ola bilsin, keçən il ayırdıqları vəsaitin miqdarını bir qədər aşağı çəksinlər. Riad bəyi burada tutan, səbrli olmağa səsləyən AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovdur.

Federasiya rəhbəri ona gözləməyi məsləhət görüb. O, SOCAR vasitəsilə bu məsələni araşdıracaq. “gənclik şəhəri“ təmsilçisinin başqanı indi ona ümid edir ki, Məmmədov şəxsi əaqələri ilə şirkətə təsir göstərəcək və mövcud maneəni aşacaqlar,

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti