Azərbaycan klubu bu şirkətlə müqaviləni uzatmayacaq?

29 Aprel 2020 23:00 Sumqayıt 678
Azərbaycan klubu bu şirkətlə müqaviləni uzatmayacaq?

Ötən ilin əvvəlində “Sumqayıt" və “Şeh Group” MMC arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Buna əsasən, şirkət “kimyaçılar“ı 1 il içməli su ilə təmin etməli idi. Və etdi də.

Sportinfo.az-ın məlumatına görə, indi tərəflər arasında bəzi problemlər yaranıb. Odur ki, müqavilənin müddətini uzatmaq hələlik mümkün olmayıb.

“Şeh Group” klubun qarşısına yeni tələb qoyub və 1 illik kvotanı 2000 litrlə məhdudlaşdırıb. . “Gənclik şəhəri“ təmsilçisinə bundan artıq su lazım olarsa, əlavə vəsait ödəməlidir.

Təbii ki, bu da “Sumqayıt“lıları qane etmir. Çünki klubun əsas və əvəzedici komandasıyla yanaşı, akademiyası da adıçəkilən brendin məhsulundan istifadə edir və tələb göstərilən rəqəmdən çox yüksəkdir.

Digər Xəbərlər
Xəbər Lenti