Rusiyada doğulan futbolçu hansı klubumuzla anlaşıb?

18 Aprel 2020 17:00 Sumqayıt 1 720
Rusiyada doğulan futbolçu hansı klubumuzla anlaşıb?

"Soçi"nin əvəzedici komandasının futbolçusu Bədir Ziyadov karyerasını Azərbaycanda davam etdirəcək.

Bu haqda onun baş məşqçisi Nikita Kovalçuk məlumat verib. Rusiyalı mütəxəssis yetirməsinin peşəkar müqavilə imzaladığını yerli mətbuatına açıqlasa da, həmin klubun adını çəkməyib.

20 yaşlı yarımmüdafiəçi vaxtilə U-17 yığmamızın heyətində UEFA İnkişaf turnirində çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, Ziyadov «Sumqayıt»la anlaşıb. Başqa bir problem ortaya çıxmasa, o, yeni mövsümdən «kimyaçılar»ın formasını geyinmələdir. İlkin danışıqlara əsasən, 3 illik kontrakt nəzərdə tutulub. Onunla «Sabah»ın da yaxından maraqlandığını qeyd edək.

Digər Xəbərlər
Xəbər Lenti