Söyməyib, söz soruşub - Qərardan şikayət edəcəklər

8 Dekabr 2024 01:50 Sumqayıt 625
Söyməyib, söz soruşub - Qərardan şikayət edəcəklər

“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a açıqlamasında "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev klubun gənclərdən ibarət komandasının baş məşqçisi Kənan Hacıyevin AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılması ilə bağlı danışarkən deyib.

"Suqmayıt" rəsmisi Gənclər Liqasında baş tutan “Sumqayıt” - “Zirə” oyununda mütəxəssisin hakimlərin ünvanına təhqiramiz ifadə işlətmədiyini bildirib:

“Baş məşqçi “Zirə” ilə oyundan sonra hakimlərin otağına daxil olub. Amma qərarda qeyd edildiyinin əksinə, heç bir təhqiramiz ifadə işlətməyib.

Sadəcə, oyundakı bəzi epizodlarla bağlı hakimlərə etirazını bildirib. Daha doğrusu, epizodlar zamanı hakimlərdən verdikləri qərarların səbəbini soruşub.

Onlar isə nəyəsə görə onun sözlərini təhqiramiz ifadə kimi qəbul ediblər. Klub olaraq bununla razılaşmırıq və apellyasiya şikayəti verəcəyik.

Ümid edirik ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı daha doğru qərar çıxaracaq”.

Dekabrın 1-də Gənclər Liqasında keçirilən “Sumqayıt” - “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda