Vaqif Cavadovun "Sumqayıt"da baş məşqçi kimi debütü uğurlu olmadı.
"Kimyaçılar" onun rəhbərliyi altında meydana çıxdığı ilk matçda "Turan Tovuz"a məğlub oldu - 2:4.
Qarşılaşma həm də gənc məşqçi ilə futbolçusu arasında olan narazılıqla yadda qaldı.
Söhbət Cavadovla Cordan Rezabala arasında başverənlərdən gedir.
Ekvadorlu legionerin mərkəz xəttində etdiyi yersiz hərəkətdən sonra top rəqib futbolçulara düşdü və ardınca "Sumqayıt" qapısından ikinci qolu buraxdı.
24 yaşlı futbolçunun hərəkətlərinə əsəbiləşən çalışdırıcı 28-ci dəqiqədə onu Roi Kehatla əvəzlədi.
Yarımmüdafiəçi erkən oyundan alınmasına səssiz qalmadı.
O, bunu narazılıq ifadə edən baxışlar və birbaşa paltardəyişmə otağına yollanmaqla göstərdi.
XANOĞLAN/ SPORTİNFO.AZ