"Sumqayıt"ın yetirmələri İspaniyaya yollanmağa hazırlaşır.
Söhbət akademiyanın 2009-2010 təvəllüdlü komandasının üzvlərindən gedir.
Onları sayı 3 nəfərdir.
Söhbət Hüseyn Mehdi (2010), Əhmədzadə Nicat (2010) və Ramal Qənbərovdan (2009) gedir.
Adıçəkilən uşaqlar Barselonada fəaliyyət göstərən "Marcet' Futbol Akademiyasında məskunlaşacaqlar.
Yeniyetmə futbolçuların adıçəkilən ölkəyə səfəri yaxın 1 həftə ərzində gerçəkləşəcək.
Xatırladaq ki, iki ildi ölkəmizdə fəaliyyət göstərən ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın “Marcet” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi var.
Məhz ASTA-nın vasitəçiliyi ilə uşaqlar İspaniyaya yola düşür.
Seçimlər Bakıda aparılır. Özünü yaxşı tərəfdən göstərənlərin Avropaya uzanan yolu açılmış olur.
Daha əvvəl 15 nəfərin eyni yolla "Marcet"ə üz tutduğunu bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ