Premyer Liqa klubunun sponsoru Konfrans Liqasına görə əlavə xərcə düşdü

24 İyun 2024 19:00 Sumqayıt 1 949
Premyer Liqa klubunun sponsoru Konfrans Liqasına görə əlavə xərcə düşdü

"Sumqayıt" bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

Klub rəhbərliyi avrokuboklardakı ev oyununu Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirmək üçün əməli işə start verib.

Belə ki, bir müddət əvvəl arenaya baxış keçirən UEFA nümayəndələri bəzi nöqsanlar aşkarlayıb.

"Kimyaçılar" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la matçını 9500 nəfərlik arenada keçirmək üçün təqdim edilən nöqsanları aradan qaldırmağı düşünür.

Belə məqamda klubun sponsoru olan "Azərkimya" növbəti dəfə öz dəstəyini göstərib.

“Kimyaçılar”ın əsas sponsoru təmir üçün lazım olan vəsaiti öz üzərinə götürüb.

Adıçəkilən futbol qurğusu əsaslı təmirdən sonra ötən ilin oktyabr ayında istifadəyə verilib.

“Sumqayıt” komandası isə yalnız bu ilin fevral ayrından doğma məkanın xidmətindən istifadə etməyə başlayıb.

Maraq üçün bildirək ki, "Azərkimya" ötən ilin sonu da arenadakı əyər-əskikləri aradan qaldırmaq üçün bir xeyli xərc çəkməli olmuşdu.

Söhbət təxminən 800 min manatdan gedir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!