COP29

Premyer Liqa klubu bombardirini yola salır - BİR ŞƏRTLƏ

13 İyun 16:40 Sumqayıt 2 989
Premyer Liqa klubu bombardirini yola salır - BİR ŞƏRTLƏ

"Sumqayıt"ın yollarını ayırmağa hazırlaşdığı futbolçulardan biri də Kasimir Ninqadır.

Bunun üçün yeni forvardın tapılması əsas şərtdir.

Samir Abasov daha gənc, daha bacarıqlı qolçu futbolçu axtarır.

Hazırda təcrübəli mütəxəssis geniş siyahını çək-çevir etməklə məşğuldur.

Əgər onu qane edəcək forvard tapılsa, Çad millisinin üzvünə yeni müqavilə təklif olunmayacaq.

Qısası, hazırda afrikalı legionerə alternativ gözü ilə baxılır.

Axtarışlar bəhrə vermədiyi halda biz onu yeni sezon da "Sumqayıt" formasında görə bilərik.

31 yaşlı hücumçu arxada qoyduğumuz mövsüm meydana çıxdığı 31 matçda vurduğu 8 qolla komandasının bombardiri olub.

O, bu qollardan üçü penalti zərbəsi sonrası vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?