"Hələlik Azərbaycan millisində oynamaq istəmirəm, bu variantı heç vaxt düşünməmişəm"

8 Avqust 2022 17:20 Sumqayıt 1 538
"Hələlik Azərbaycan millisində oynamaq istəmirəm, bu variantı heç vaxt düşünməmişəm"

"Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibəsində deyib.

Hazırda klubsuz olan 26 yaşlı müdafiəçi Rusiya "Zenit"indəki sabiq komanda yoldaşı Ramilı Şeydayevin Azərbaycan yığmasını seçməsinə də münasibət bildirib:

"Bu, onun qərarıdır. Şeydayevə hörmət edirəm. Amma mən hələlik istəmirəm".

Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. O, Türkmənistanda doğulmuş uyğur əsilli futbolçudur. Xocaniyazov Rusiya vətəndaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti