“Partizan”lara görə "Sumqayıt"ın ilk oyununun vaxtı dəyişdirildi

18 İyun 2021 21:20 Sumqayıt 828
“Partizan”lara görə "Sumqayıt"ın ilk oyununun vaxtı dəyişdirildi

"Sumqayıt"ın "Çukariçki" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Çukaritsa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İyulun 22-nə nəzərdə tutulan görüşün 1 gün tez olacağı bildirilib.

Buna səbəb həmin gün ölkənin digər klubu "Partizan"ın da Konfrans Liqasında Slovakiyadan "Dunayska Streda" ilə eyni şəhərdə ev oyununa çıxmasıdır.

UEFA-nın qaydalarına əsasən, eyni gündə bir şəhərdə avrokubok matçı oynanıla bilməz.

Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti