De Byazi yığmanın iranlı hücumçusunu İtaliyaya göndərə biləcək?

27 Fevral 2021 17:40 Sumqayıt 1 053
De Byazi yığmanın iranlı hücumçusunu İtaliyaya göndərə biləcək?

Millinin və «Sumqayıt»n hücumçusu Əli Qurbani karyerasını karyerasını Avropada davam etdirə bilər.

Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti Riad Rəfiyev onun xidmətini Avropanın bir neçə ölkəsinin klubuna təklif edib.

Premyer Liqanın geridə qalan bölümündə 7 qol vuran iranlı forvardın transferində Canni De Byazi də kömək edə bilər. Hər halda yığmamızın baş məşqçisi Rəfiyevlə yaxın münasibətdədir.

İtaliyalı mütəxəssisə də məlumdur ki, «Sumqayıt»ın prezidenti qeyri-rəsmi olaraq menecerlik fəaliyyəti ilə məşğuldur və əsasən yığma üzvlərini kurasiyasında saxlamağa üstünlük verir.

Apenninli çalışdırıcının İtaliyanın aşağı liqa klubları ilə əlaqələri sıxdır və Rəfiyev də bundan istifadə edib, Qurbanini məhz adıçəkilən ölkəyə yollamağa cəhd göstərir.

De Byazi Rəfiyevə söz verib ki, «Sumqayıt»ın millidə olan üzvlərinin ölkə xaricinə çıxmasına bacardıqca yardımçı olacaq.

"Kimyaçılar" son klubu İsfahan "Sepahan"ı olan Əli Qurbani ilə yayda 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumçu “Nassaji”nin yetirməsidir. 2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının formasını geyinib (18 oyun, 3 qol).

Əli “Sepahan”la yanaşı, (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti