Ayxan Abbasov millidən getməlidir?
Azərbaycan futbolunda baş verən bütün neqativlərin günahkarı baş məşqçidirmi?
Bəli, onun yanlış seçimləri, mübahisəli açıqlamaları və nəticələrə görə məsuliyyəti var.
Amma gəlin, bir qədər dərinə gedək. Millinin niyə cəmi bir neçə futbolçunun ümidinə qaldığını, aparıcı klublarımızda yerli oyunçuların niyə şans qazanmadığını da müzakirə edək.
Baş məşqçini dəyişməklə problemlərimiz həll olunacaqmı?
Məncə, məsələ Ayxan Abbasovdan daha böyükdür.
Xanoğlan İmanovun "Sportinfo TV"də yayımlanan yeni videosunda məhz yuxarıdakı suallar ətrafında danışılıb.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:
