“Neftçi” 2026/27-ci il mövsümündə Konfrans Liqasındakı mübarizəyə bu gün başlayacaq.
Yuri Vernidubun çalışdırdığı “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gələcək.
Bakıdakı “8-ci kilometr” stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
“Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.
Bakılılar yay təlim-məşq toplanışını necə keçib?
Heyət necə formalaşdırılıb?
Yuri Vernidub nə vəd edir?
Azarkeşlərin narahatlığına əsas varmı?
Getməli olub qalanlar kimlərdir?
Yeni transferlər lazımdırmı?
Xanoğlan İmanov "Sportinfo TV"də yayımlanan "Sözüm var"ın yeni buraxılışında bütün bu suallar ətrafında danışıb.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

