“SPORTİNFO TV”: Avropa çempionatına gedən millimizin yolda başına gələnlər bu VİDEOda

14:40 Sportinfo TV 96
“SPORTİNFO TV”: Avropa çempionatına gedən millimizin yolda başına gələnlər bu VİDEOda

Azərbaycanın minifutbol millisi AVRO 2026-da uğurlu çıxışını davam etdirir.

Komandamız yüksək əhval-ruhiyyə ilə Slovakiyanın paytaxtı Bratislavaya yollanaraq, turnirə inamlı start verdi.

Qrup mərhələsində ilk sınağını Avstriyaya qarşı keçirən yığmamız gərgin mübarizə şəraitində keçən qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrıldı.

Növbəti rəqib İtaliya oldu. Turnirin favoritlərindən hesab edilən təmsilçimiz bu oyunda da üstün futbol nümayiş etdirdi.

Əvvəldən-axıra təşəbbüsə sahib olan komandamız appeninlilərin qapısından üç cavabsız top keçirdi.

Əldə olunan bu nəticə sayəsində Azərbaycan vaxtından əvvəl 1/8 final mərhələsinə vəsiqəni təmin etməklə yanaşı, qrup birinciliyini də rəsmiləşdirdi.

Beləliklə, bu gün keçiriləcək Azərbaycan - Fransa oyunu turnir cədvəli baxımından millimiz üçün formal xarakter daşıyır.

Buna baxmayaraq, yığmamız qrup mərhələsini maksimum nəticə ilə başa vurmaq üçün meydana çıxacaq.

“SPORTİNFO TV”

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti