Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ" - "Şamaxı" görüşündə maraqlı hadisə yaşanıb.
Matçın gedişində bir azarkeş maneələri aşaraq meydana daxil olub.
Ardınca yaxınlıqda olan Abdullah Zubirə yaxınlaşıb.
O, “Qarabağ”ın kapitanından şəkil çəkdirmələrini istəyib.
Zubir fanatın istəyini geri çevirməyib.
Yalnız "Qarabağ" həmin anda hücuma çıxınca, 34 yaşlı legioner azyaşlı uşaqdan uzaqlaşıb.
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz

