MLS təmsilçisi "Kolambus Kryu"ya (Columbus Crew) keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-da yolunu səbrsizliklə gözləyən həmyerlilərimiz var.
Məsələn, Seyyida Mehdi kimi.
"Xəzər Lənkəran" azarkeşi olan xanım okeanın o tayında yaşayır.
Öz sosial şəbəkə hesabından paylaşdığı postda millimizin forvardını gözlədiyini bildirib.
Axundzadə "Xəzər Lənkəran"da futbola başlayıb. Cənub klubu fəaliyyətini dayandırandan sonra 13 yaşında "Qarabağ" akademiyasına üz tutub.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq xanım fanatın onunla bağlı çağırışını izləyə bilərsiniz:

