Qalmaqallı tur: "Qarabağ" hirsli, "Neftçi" xoşbəxt, Qəbələdə hakim skandalı - VİDEO

21:00 Sportinfo TV 131
Qalmaqallı tur: "Qarabağ" hirsli, "Neftçi" xoşbəxt, Qəbələdə hakim skandalı - VİDEO

Premyer Liqada 20-ci tur arxada qaldı.

Lider "Sabah" Qəbələ səfərində çətin qələbə ilə yadda qaldı. Oyuna damğasını vuran adam isə baş hakim Rauf Cabarov oldu.

Son çempion "Qarabağ"ı "İmişli" səfərində Musa Qurbanlı xilas etdi. Baş məşqçi Qurban Qurbanov nəyə üsyan etdi?

"Neftçi" ardıcıl 6-cı görüşdə məğlub olmadı. Yuri Vernidub "ağ qaralar"ı avrokuboklara apara biləcəkmi?

Yola çempionluq iddiası ilə çıxan "Turan Tovuz" avrokuboklardan kənarda qala bilər. Kurban Berdiyevin yetirmələri bu dəfə Şamaxıda büdrədi. Bölgə klubunun rəhbəri Ehtiram Şahverdiyev türkmənistanlı mütəxəssislə yola davam edəcəkmi?

Turda baş verən bu və digər önəmli hadisələr barədə Xanoğlan İmanov "Sportinfo TV"də yayımlanan yeni videosunda danışıb.

Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti