"Kəpəz"in hücumçusu Luis Paçu azarkeşlərini bərk qəzəbləndirib.
Hadisə Premyer Liqanın "Neftçi" ilə görüşündən sonra yaşanıb.
Məğlubiyyətin (1:3) ardınca futbolçular təşəkkür üçün 90 dəqiqə dəstək olan azarkeşlərinin yanına gedib.
Amma komanda yoldaşlarından fərqli olaraq braziliyalı legioner birbaşa paltardəyişmə otağının yolunu tutub.
O, fanatların israrla onu çağırmasına belə məhəl qoymayıb.
Azarkeşlər iradını kapitan Əli Səmədova bildirib.
Təcrübəli oyunçu bir qədər sonra Paçunu fanatların önünə gətirib.
Narazılıq birbaşa onun üzünə deyilib.
Səhvini anlayan "9 nömrə" tərəfdarlarından üzrxahlıq edib.
XANOĞLAN / SPORTİNFO.AZ
Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

