Fevralın 5-də Azərbaycan çempionatının I Liqasında qış fasiləsi başa çatacaq.
13-cü turun oyunları ilə mübarizə qaldığı yerdən davam edəcək.
“Şəfa“ 30 xalla qış fasiləsinə lider kimi yollanıb. Premyer Liqaya ən yaxın komandanın izləyicisi “Baku Sportinq“lə arasındakı xal fərqi 5-dir.
Ötən mövsüm elitada mübarizə aparmış “Səbail“ hazırda yaxşı günlərini yaşamır və I Liqada üçüncü sıradadır.
Adnan Əhmədzadənin həbsindən sonra maliyyə problemləri baş qaldıran “Mingəçevir“ isə dördüncü pillədədir.
“Sportinfo.TV”nin redaktoru İlkin Fikrətoğlu liqada geridə qalan 12 turdan sonra yaranan mənzərəyə nəzər salıb.
Tanınmış telejurnalistin növbəti süjeti bu mövzudadir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

