"Qarabağ" Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir. Ağdam klubu bu dəfə Almaniyanın "Ayntraxt" klubuna Bakıda şans vermədi - 3:2.
Azarkeşlər fantastik qələbəni müxtəlif cür qeyd etməklə sosial şəbəkələrdə gündəm olublar.
Arasında sevinc göz yaşı axıdanlar da az olmayıb.
Şamil Nəzərli kimi...
Yeniyetmə "kəhər atlar"ın qələbəsinə sakit qala bilməyib.
Sevincini göz yaşlarına buraxıb.
Maraq üçün bildirək ki, Şamil özü də futbolla məşğul olur.
O, Talant Futbol Klubunun üzvüdür. Futbolunun sirlərinin adıçəkilən məktəbdə öyrənir.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq onun qələbə sevincini izləyə bilərsiniz:

