Karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir - Braziliyalı hücumçu

18:40 Sportinfo TV 89
Karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir - Braziliyalı hücumçu

“Real”in hücumçusu Vinisus Junior karyerasını klubunda davam etdirmək niyyətindədir.

Sportinfo.az “Touchline”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu həm şəxsi, həm də peşəkar baxımdan Madrid klubunda çox məmnundur.

O, bildirib ki, son bir neçə ay ərzində heç vaxt “Real”da bu qədər rahat hiss etməyib.

Onunla klub arasında danışıqlar davam edir və bütün göstəricilər yaxın aylarda, ya da yayda yeni müqavilənin imzalanacağını göstərir. Hər iki tərəf isə prosesi tələsdirmir.

Vinisus 2018-ci ildə “Flamenqo”dan “Real”a 45 milyon avroya transfer olunub. Onun klubla hazırkı müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.

O, cari mövsümdə Madrid klubunda 30 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti