Geridə qalan 2025-ci ildə uğurları ilə diqqət çəkən idman federasiyalarından biri də Azərbaycan Minifutbol Federasyası (AMF) oldu.
Ölkəmiz ilk dəfə bu növdə dünya çempionatına ev sahibliyi etdi, həmin yarışın qalibi oldu, minifutbol millimiz kollektiv idman növlərində dünya çempionluğunu qazanan ilk komanda kimi tarixə düşdü.
Bütün bunlar cəmi 8 ildir fəaliyyət göstərən Minifutbol Federasyasının məqsədyönlü, səmərəli fəaliyyətinin nəticəsidir.
"Sportinfo.TV"nin redaktoru İlkin Fikrətoğlu 2025-ci ilə Azərbaycan Minifutbol Federasyasının prezidenti Orxan Məmmədovla müsahibədə nəzər salıb.
Onun növbəti süjeti "minifutbol 2025-ci ildə" mövzusundadır.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

