Premyer Liqada 2025/26 mövsümünün birinci yarısı arxada qalıb.
Qış fasiləsinə "Sabah" lider, "Karvan-Yevlax" isə sonuncu kimi yollandı.
Bəs ümumilikdə özünü yaxşı tərəfdən göstərən oyunçular kimlər oldu?
"Sportinfo TV"yə açıqlamasında "Zirə"nin yeni transferi Rüfət Abdullazadə məhz bu suala cavab verib.
Müqavilə ilə mövsümün birinci yarısını keçirdiyi Xorvatiya təmsilçisi "Varajdin"ə məxsus olan vinger maraqlı "11-lik" seçməklə yadda qalıb.
Kadi Borqes, Kevin Medina kimi adlar kənarda qalıb.
O, 4-2-3- sistemində formalaşdırdığı komandaya baş məşqçi də təyin edib.
Aşağıdakı linkə daxil olaraq onun seçimləri ilə tanış ola bilərsiniz:

