Qurban Qurbanovdan vacib qərar: "Qarabağ"da nə baş verir? - “Sportinfo TV”də CANLI YAYIM

5 Yanvar 21:00 Sportinfo TV 881
Qurban Qurbanovdan vacib qərar: "Qarabağ"da nə baş verir? - “Sportinfo TV”də CANLI YAYIM

Azərbaycan Premyer Liqasında qış fasiləsi necə davam edir?

Bayram tətilindən qayıdın klublarımızın düşərgəsində nələr baş verir?

Çətin duruma düşən Qurban Qurbanov "Qarabağ"da hansı radikal qərarı verdi?

Yuri Vernidub "Neftçi"də kimlərə son şansı tanıdı?

Qış çempionu Rusiya nəhəngi ilə anlaşa bildimi?

Bölgə klubunda maliyyə problemi - Yeni baş məşqçi çarəsiz durumda qaldı.

"Transfer bazarı"nda başqa nələr yaşanır?

Arxada qalan həftənin bu və digər mövzuları barədə bu axşam saat 21:00-da “Sportinfo TV”də yayımlanacaq "Futbol manşet TİME-OUT"da danışılacaq.

Aparıcı Xanoğlan İmanovun qonağı futbol mütəxəssisi Amid Quluzadə olacaq.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu