“Azərbaycan Premyer Liqasında mövsümün birinci yarısı sürət və keyfiyyət arzuolunan kimi olmadı. Legioner limitinin ləğvindən sonra bu istiqamətdə artan ümidlər özünü böyük ölçüdə doğrultmadı.
"Qarabağ"ın taqətdən düşməsindən istifadə edən "Sabah" liderliyə yüksəldi.
"Turan Tovuz", "Zirə", "Araz Naxçıvan" gözləntilərin altında qaldısa, "İmişli" və "Sumqayıt" sürpriz çıxışla yadda qaldı.
15 illik aradan sonra Premyer Liqaya qayıdan "Karvan Yevlax" yenidən gəldiyi Birinci Liqaya geri dönməyə yaxın görsənir".
Bu fikirləri “CBC Sport” kanalında yayımlanan “90 dəqiqə” verilişində çıxışı zamanı “Sportinfo”nun əməkdaşı Xanoğlan İmanov səsləndirib.
O, davamında klublarımızın mövsümün arxada qalan hissəsindəki çıxışlarını geniş dəyərləndirib.
Aşağıdakı linkə daxil olaraq onun çıxışını izləyə bilərsiniz:

